Xəzər Xəbər

İsti havada hansı şəraitdə işləmək məsləhətdir? VİDEO

Veb TV | 22:20 • 12 Avqust 2022
İsti havada hansı şəraitdə işləmək məsləhətdir?

Bakıda və Abşeron yarımadasında  havanın maksimal temperaturunun 39 dərəcə, rayonlarda isə 42 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır. Bəs havanın temperaturu neçə olanda iş prosesi dayandırılmalıdır? Qaydaları pozan şirkətləri hansı cəza gözləyir?

İş saatının tənzimlənməsi öz əlində olmayan şəxslər isti havada işləməyə məcburdumu ? Hüquqşünas Şamil Paşayev bildirib ki, havanın temperaturu yüksək olduqda iş prosesi dayandırılmalıdır. İşçilərə sərinləmək üçün imkan yaradılmalı və onlara fasilələr verilməlidir.

Məlumat üçün bildirək ki, işçinin 41 dərəcədən yuxarı hava temperaturunda işlədilməsinə görə 500-1000 manat arası cərimə nəzərdə tutulur.

Xəbər lenti