Xəzər Xəbər

DƏHŞƏTLİ YANĞIN: arvadına əsəbləşib evi yandırdı - Hadisə yerindən ANBAAN GÖRÜNTÜLƏR VİDEO

Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu
Veb TV | 19:30 • 10 Avqust 2022
DƏHŞƏTLİ YANĞIN: arvadına əsəbləşib evi yandırdı - Hadisə yerindən ANBAAN GÖRÜNTÜLƏR

Yevlaxda 5 mərtəbəli binada baş verən güclü yanğın baş verib. Yanğının qəsdən törədildiyi məlum olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, yanğına binanın beşinci mərtəbəsində yaşayan 45 yaşlı Murad Əliyev səbəb olub. O, məişət zəminində baş vermiş mübahisədən sonra yaşadığı mənzili yandırıb. Yanğının binaya yayılması çox çəkməyib. Alov qısa müddət ərzində çoxmənzilli yataqxana binasının dam örtüyünü əhatə edib. Bina sakinləri də hadisənin qəfil baş verdiyini bildiriblər.

Yanğın binanı ağuşuna aldığından onu ram etmək çətin olub.  Hadisə yerinə əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon yanğınsöndürənləri gəlib. Daha sonra yanğının söndürülməsinə Bərdə, Mingəçevir və Goranboy yanğınsöndürən texnikası və canlı qüvvəsi də cəlb olunub. Binada olan 300-dən çox sakin təxliyyə edilib. Çətinliklə də olsa yanğını söndürmək mümkün olub. Həyacan keçirən bina sakinlərinə hadisə yerində yardım edilib. Yanğın zamanı binada yaşayan 1 nəfər yanıq xəsarəti alıb, xəstəxanaya yerləşdirilib. Yevlax Yanğından Mühafizə Hissəsinin iki, Yevlax Rayon Polis Şöbəsinin iki əməkdaşı da yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib. Vəziyyətləri normaldır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb. Cinayət işi başlanıb.

 

Xəbər lenti

Parisdə bazar yanır FOTO
19:22 • 25 Sentyabr 2022