Xəzər Xəbər

Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Veb TV | 11:19 • 1 İyul 2022
Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) bölmələrində təlim-məşqləri keçirilir.

Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər.

Komandoların fərdi bacarıqlarının, eləcə də atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.

 

Xəbər lenti