Xəzər Xəbər

İki nəfər kanalda boğulub VİDEO

Veb TV | 21:33 • 29 İyun 2022
İki nəfər kanalda boğulub

Quba rayonunun Qımılqışlaq kəndində 7 yaşlı uşaq süni göldə boğularaq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, ötən gün Xaçmaz rayonunun Alekseyevka kənd sakini 2015-ci il təvəllüdlü uşaq itkin düşüb. Azyaşlını tapa bilməyən kənd sakinləri polisə məlumat veribllər.

Uşağın axtarışları gecə saatlarında yekunlaşıb. Onun yaşadığı evdən 7-8 km aralıda yerləşən bağ sahəsində olan süni gölə düşərək öldüyü məlum olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Göyçay rayonunda isə 16 yaşlı yeniyetmə su kanalında boğulub. Hadisə Bığır kəndi ərazisində qeydə alınıb. Yeniyetmə su kanalında dostları ilə birgə çimərkən ehtiyatsızlıq edib. Dostları onu xilas etməyə çalışıblar, amma mümkün olmayıb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti