Xəzər Xəbər

Qubada avtomobil kanala düşdü: Sürücü və sərnişinin xilas edilmə anı VİDEO

Veb TV | 14:20 • 29 İyun 2022
Qubada avtomobil kanala düşdü: Sürücü və sərnişinin xilas edilmə anı

Qubada avtomobil idarəetməni itirərək kanala düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonun Mirzəməmməd kəndində baş verən qəzaya FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1948-ci il təvəllüdlü Mavik Ağakərimova məxsus “Hyundai Santafe” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərinliyi təxminən 6 metr olan suvarma kanalına düşüb və avtomobilin içərisində köməksiz vəziyyətdə qalmış iki nəfərin həyatı təhlükə altındadır.

Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə vasitələrindən istifadə etməklə sürücü Mavik Ağakərimov və sərnişini 1953-cü il təvəllüdlü Leyla Ağakərimovanı avtomobildən çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Əməliyyat görüntülərini təqdim edirik:

Xəbər lenti