Xəzər Xəbər

Bakıda məktəb yanır - külək yanğının söndürülməsinə mane olur VİDEO

Fövqəladə Hallar Nazirliyi yeni məlumat yaydı
Veb TV | 18:52 • 28 İyun 2022
Bakıda məktəb yanır - külək yanğının söndürülməsinə mane olur

Fövqəladə Hallar Nazirliyi Sabunçuda məktəb binasında baş verən yanğın barədə məlumat yayıb.

Xezerxeber.az-ın FHN-ə istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Xəbər lenti