Xəzər Xəbər

Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri Bakıda bir araya gəldilər VİDEO

Veb TV | 21:30 • 27 İyun 2022
Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri Bakıda bir araya gəldilər

İyunun 27-də Bakıda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ilk üçtərəfli görüşü keçirilib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə reallaşan üçtərəfli görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb.

Qeyd olunub ki, Bakı Bəyannaməsi həm üç ölkə arasında nəqliyyat və kommunikasiya sahəsində işbirliyini gücləndirəcək, həm də ölkələrimizin tranzit potensialının genişləndirilməsinə töhfə verəcək. Üç ölkənin birgə ardıcıl səyləri ilə yeni yaradılan üçtərəfli format həm regional, həm də daha geniş səviyyədə təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv mexanizm kimi özünü doğruldacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti