Xəzər Xəbər

Azərbaycan ordusunun yaranmasından 104 il ötür VİDEO

Veb TV | 21:17 • 23 İyun 2022
Azərbaycan ordusunun yaranmasından 104 il ötür

Azərbaycan silahlı qüvvələri yaranmasının 104-cü ildönümünü qeyd edir. 26 iyun silahlı qüvvələr günü tarixə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsindən sonra xüsusi qeyd olunur. Hərbçlərimiz deyirlər ki, xalqın sağlam inamı, sevgisi və dəstəyi onlara güc verir. Müharibədən qələbə ilə çıxan ordumuz inkişaf etməyə davam edir, müasir texnikalarla təmin olunur.

Azərbaycan ordusu yaranmasının 104-cü ildönümünü böyük ruh yüksəkliyi ilə qarşılayır.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuz bu gün dayanmadan güclənir, möhkəmlənir və ən müasir silah-sursatla təmin olunur. Müdafiə Nazirliyinin zabiti, müharibə iştirakçısı, polkovnik Elşad Əbilov deyir ki, qələbədən sonra silahlı qüvvələr gününü daha qürurla qeyd edirik.

Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Rahib Cavadov isə deyir ki, xalqımızın öz əsgərinə olan inamı qələbəmizdən sonra daha da güclənib.

Rabitə qoşunlarının nümayəndəsi, polkovnik-leytenant Cəmil Əsədov da silahlı qüvvələr gününü zəfər qazanmış ordu olaraq qeyd etməyin qürurverici olduğunu düşünür.

Qeyd edək ki, Azərbaycan Ordusu qələbədən sonra da gücünə güc qatmağa davam edir. Günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlğını, yüksək döyüş qabiliyyətini durmadan təkmilləşdirir. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır və onun gücünə güvənir.

Xəbər lenti