Xəzər Xəbər

Beyləqanda kütləvi ZƏHƏRLƏNMƏ: Araşdırma aparılır VİDEO

Veb TV | 20:03 • 23 İyun 2022
Beyləqanda kütləvi ZƏHƏRLƏNMƏ: Araşdırma aparılır

Beyləqanda pambıq tarlasında çalışan 15 nəfər zəhərlənib. Zəhərlənən şəxslər rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. Faktla bağlı Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır. 

Pambıq tarlasında çalışan kənd sakinləri zəhərləniblər. Hadisə Beyləqan rayonunun Milabad qəsəbəsində baş verib.

Zəhərlənənlər yuxarı Aran Kənd sakinləridir.

Xəstəxanaya yerləşdirilən işçilərdən ikisi huşsuz vəziyyətdə olub. 

Qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti