Xəzər Xəbər

Hökumətdən yeni QƏRAR: Azərbaycanda ət ucuzlaşacaq VİDEO

Veb TV | 21:01 • 22 İyun 2022
Hökumətdən yeni QƏRAR: Azərbaycanda ət ucuzlaşacaq

Ölkəmizdə ətin qiymətinin düşməsi, ən azından sabit qalması üçün müvafiq addımlar atılır. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, baytarlıq pasportunun alınması tələb olunmayacaq. Bu, təsərrüfat sahibləri üçün 20 manat qənaət deməkdir. Əlavə qanunlara da dəyişiklik edilməsi nəzərdə tutulur. 

Ölkəmizdə ət ucuzlaşacaq. Bunun baş verməsi üçün Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

"Hər bir heyvan və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması qaydası"nda dəyişikliklər edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Yeni qərarala bu sahədə müasir texnologiyalardan istifadə edilməklə vahid sənədləşmənin tətbiq olunması və beləliklə, bir heyvan üçün tələb olunan xərclərin azaldılması təmin edilib.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyevanın sözlərinə görə, rüsumun ləğvi heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq. Bundan başqa, hökumətin "dövlət rüsumu haqqında" və "baytarlıq haqqında" qanunlarda da dəyişiklik edilməsi təklifi ilə çıxış etdiyi  bildirilir. Layihə qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq. Nəticədə 10 kiloqramlıq qoyun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik, 15 kiloqramlıq qoyun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalacaq.QR

Aysel Fərziyeva deyir ki, yeni qərar identifikasiya sisteminin ölkə ərazisində tətbiqini də asanlaşdıracaq.

Qeyd edək ki, bu qərar və dəyişikliklər antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə bilər.

Xəbər lenti