Xəzər Xəbər

"Euronews" Şuşadakı “Xarıbülbül” festivalı barədə reportaj hazırlayıb VİDEO

Veb TV | 21:09 • 17 May 2022
"Euronews" Şuşadakı “Xarıbülbül” festivalı barədə reportaj hazırlayıb

Dünyanın məşhur çoxdilli xəbər kanalı olan “Euronews” Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı haqqında video yayımlayıb.

Xezerxeber.az xəbər verir ki, festivalın görüntülərindən ibarət video “Cümə axşamı, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” adlı V Beynəlxalq Folklor Festivalı işə başlayıb” başlığı ilə paylaşılıb.

Videomaterialda Heydər Əliyev Fondunun təşkil etdiyi festivalda müxtəlif ölkələrdən musiqiçilər və rəqs kollektivləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor kollektivlərinin iştirak etdiyi qeyd olunur.

Qeyd edək ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Xəbər lenti