Xəzər Xəbər

“Bakı Marafonu 2022” başa çatdı: Qaliblər müəyyənləşdi VİDEO

Veb TV | 21:07 • 15 May 2022
“Bakı Marafonu 2022” başa çatdı: Qaliblər müəyyənləşdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu 2022 keçirilib. 15 minədək iştirakçının qeydiyyatdan keçdiyi marafona, müxtəlif ölkələrdən iştirakçılar qatılıb. Bakı Marafonu 2022-nin musiqi tərəfdaşı "Xəzər" FM, informasyia dəstəyi isə Xəzər Media Mərkəzi olub. Küləyə qalib gəl şüarı ilə keçirilən marafon zamanı iştirakçılar 21 km məsafə qət ediblər. Qaliblər iki kateqoriya üzrə seçilib. Həm qadın, həm də kişi iştirakçılar qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə Bakı marafonuna start verilib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar var.

Qeyd edək ki, 2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

15 minədək iştirakçının qeydiyyatdan keçdiyi "Küləyə qalib gəl" şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib. Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak edib. Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli insanlar üçün start verilib. 3-cü start isə ümumi iştirakçılar üçün olub.

Marafonun ümumi kişi iştirakçılar arasında qalibi rusiyalı, 1989-cu il təvəllüdlü Rinas Axmadiyev olub. O, məsafəni 1 saat 03 dəqiqə 11 saniyəyə qət edib.

Qadın iştirakçılar arasında qalib isə ukraynalı, 1990-cı il təvəllüdlü Veretska Valentyne olub. O, məsafəni 1 saat 16 dəqiqə 59 saniyəyə qət edib.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılıb. Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçirilib. "Əyləncə Zonası"nın eksklüziv radio tərəfdaşları "Araz" 103.3 FM və "Xəzər" 103 FM - in dəstəyi ilə marafonda müxtəlif incəsənət ustalarının çıxışları olub.

Xəbər lenti

Çox oxunanlar