Xəzər Xəbər

Azərbaycan-Türkiyə: Liderlərin və xalqların sarsılmaz birliyinin növbəti nümayişi VİDEO

Veb TV | 20:55 • 15 May 2022
Azərbaycan-Türkiyə: Liderlərin və xalqların sarsılmaz birliyinin növbəti nümayişi

Ötən gün dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin hava limanının iki qardaş ölkə rəhbəri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bu münasibətlər iki qardaş ölkənin rəhbərlərinin dostluq və qardaşlıq münasibətləri ilə ardıcıl inkişaf edir.

Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə qalxması təkcə bizim region üçün əhəmiyyətli deyil, həm də Mərkəzi Asiya kimi böyük regionda türk dövlətlərinin də bir-biri ilə sıx əlaqələr qurmasında mühüm rol oynayır. Politoloq Tural İsmayılov deyir ki, Azərbaycan və Türkiyə əlaqələri və bu iki ölkənin liderlərinin dostluq və qardaşlıq münasibətləri artıq digər ölkələr üçün də nümunəyə çevrilib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana və Azərbaycan prezidenti İlham Əliyevin isə Türkiyəyə səfəri, mühüm hava limanının açılışında iştirak etməsi münasibətlərin kuliminasiya nöqtəsində olduğunu göstərir. İki ölkənin region üçün təklif etdiyi 3+3 platforması Cənub Qafqaz və bütün Avrasiyada iqtisadi əlaqələrin inkişafı üçün vacib addımdır. Politoloq Xəyal Bəşirov da düşünür ki, dövlət başçısı İlham Əliyevin Rizədə nəhəng hava limanın açılışında iştirak etməsi iki qardaş ölkənin münasibətlərində yeni səhifə, yeni mərhələ kimi xarakterizə edilə bilər. 

Politoloq deyir ki, hər gün bir daha sübut olunan, təsdiq olunan və inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri qarşıda olan bütün problemlərin birgə səylərlə dəf edilməsinə nail olur. Türkiyənin Rizə şəhərində dəniz üzərində tikilən nəhəng hava limanının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı qardaş ölkələrin bir-birinin yanında təkcə çətin günlərdə deyil, şad günlərdə də birgə olmasını göstərir.

Xəbər lenti