Xəzər Xəbər

Yol polisi Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib VİDEO

Veb TV | 20:37 • 14 May 2022
Yol polisi Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev deyib ki, hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır. Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılıb, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görüüb, müvafiq nişanlama xətləri çəkilib, müvəqqəti yol nişanları quraşdırılıb.

Qeyd edək ki, iki gün əvvəl Bakı-Quba-Rusiya sərhədi magistral yolunun Xızı rayonundan keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi. Həmin qəzada ölənlərdən biri 2 aylıq qız uşağı və onun atası idi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti