Xəzər Xəbər

Silahlı şəxs çayxananı gülləbaran etdi VİDEO

Veb TV | 14:22 • 17 Yanvar 2022
Silahlı şəxs çayxananı gülləbaran etdi

İstanbulun Küçükçekmece rayonunda axşam saatlarında çayxanaya edilən silahlı hücum nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə obyektin təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Hadisə zamanı güllə yarası alan iki nəfər ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb.

İnsidentlə əlaqədar artıq bir nəfər saxlanılıb. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)

Xəbər lenti