Xəzər Xəbər

Şamaxıda baxımsız qalan beş uşaq nəzarətə götürülüb VİDEO

Veb TV | 21:12 • 16 Yanvar 2022
Şamaxıda baxımsız qalan beş uşaq nəzarətə götürülüb

Şamaxıda anaları koronavirusa yoluxduğu deyilən uşaqların baxımsız vəziyyətdə qaldığı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 

Xezerxeber.az-ın məlumatına görə, məlum olub ki, Şamaxının İkinci Çaylı kəndində yaşları 2 - 12 aralığında olan 5 uşaq valideyn nəzarətindən kənar yaşayır.

O da üzə çıxıb ki, uşaqların anası əslində koronavirus xəstəsi deyilmiş, onları atıbmış. Azyaşlıların  hazırda yaşadığı 3 otaqlı ev bir neçə il əvvəl rayon icra hakimiyyəti tərəfindən tikilərək onlara təhvil verilib. Ancaq ev baxımsız qaldığından yaşamaq üçün yararsız vəziyyətə düşüb. Evin içərisində şüşə qırıntıları var, naqillər qırılıb.  Uşaqlar isə qonşuların yardımı ilə yeməklə təmin olunur.

Artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb. Onlar çimizdirilib, yeni geyimlərlə təmin olunub və müayinə üçün xəstəxanaya aparılıblar.

İcra hakimiyyətindən  bildirilib ki, ilkin olaraq beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onların hüquqlarının müdafiəsi istiqamətində müvafiq qərar qəbul ediləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu isə bildirib ki, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb. Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti