Xəzər Xəbər

Azərbaycanda MİS-lər ləğv olunacaq: onları nə əvəz edəcək? VİDEO

Veb TV | 20:35 • 20 Dekabr 2021
Azərbaycanda MİS-lər ləğv olunacaq: onları nə əvəz edəcək?

Ölkədə Mənzil Kommunal İstismar Sahələri ləğv ediləcək. Bunu İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə proses mərhələli şəkildə icra olunacaq. Qeyd edilib ki, bu məsələ 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan mənzil təsərrüfatı islahatları çərçivəsində həyata keçiriləcək. Mərkəzin icraçı direktoru strateji yol xəritələrinin 2017-2020-ci illər üzrə monitorinq hesabatını da təqdim edib. 

Ölkəmizdə  Mənzil Kommunal İstismar Sahələri ləğv olunacaq.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycanda mill iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair çıxışında bildirib. O, bu məsələnin 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyada yer aldığını deyib. 

Vüsal Qasımlının sözlərinə görə ötən il aşağı neft qiymətləri, quraqlıq, pandemiya və Vətən Müharibəsinə baxmayaraq ölkə iqtisadiyyatının qazandığı immunitet böhranın təsirlərini minimuma endirməyə imkan verib.

Mərkəzin icraçı direktoru 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və tədbirlər planının hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini vurğulayıb.

 

 

Xəbər lenti