Xəzər Xəbər

Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilib VİDEO

Veb TV | 19:57 • 2 Dekabr 2021
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilib

Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu işə başlayıb.

Xezerxeber.az xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.

"Mədəniyyət naminə sülh" adlı qlobal kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılmasıdır.

Tədbirdə çıxış edənlər qlobal müstəvidə sülhün təminatında mədəniyyətlərarası diaolun mühüm rolundan danışıb.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını uzun illər işğalda saxlaması nəticəsində yüzlərlə mədəniyyət abidəsi zərər görüb. İşğal dövründə ermənilərin törətdikləri dağıntılar insanların ürəyində nifrət hissi yaradıb. 

Nazir əlavə edib ki, Azərbaycana dayanıqlı sülh lazımdır: "Biz Ermənistandan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab gözləyirik. Çağırışlarımızın müsbət qarşılanmasını, dayanıqlı sülhün və etimad mühitinin yaradılmasında Ermənistan tərəfinin də iştirakını istərdik".

Mədəniyyət naziri ICESCO-nun regional ofisinin Azərbaycanın mədəniyyət paytaxı Şuşada fəaliyyət göstərəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar alyansı və ICESCO bu təşəbbüsə qoşulub. Beynəlxalq Türk Mədəniyyət Fondu da bu təşəbbüsə qoşulmaq istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti