Xəzər Xəbər

Bakıda qətl törədilib VİDEO

Veb TV | 19:42 • 30 Noyabr 2021
Bakıda qətl törədilib

Bakıda ər arvadını qətlə yetirib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib.

20 Yanvar küçəsində yaşayan 31 yaşlı Şəhriyar Ələsgərov həyat yoldaşı 23 yaşlı Ləman Ələsgərovanı bıçaqlayıb.

Hadisəni görən şahidlər dərhal polisə xəbər veriblər. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək meytə baxış keçiriblər. Qonşuların sözlərinə görə, ailə 2-3 ay olar ki, həmin ünvanda yaşayırmış.

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, əməliyyatla Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Polis onun cinayətdə istifadə etdiyi bıçağı da atdığı yerdən aşkar edərək götürüb.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin təfərrüatı araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti