Xəzər Xəbər

İran prezidenti Azərbaycanla münasibətlərdən danışdı VİDEO

Veb TV | 09:53 • 29 Noyabr 2021
İran prezidenti Azərbaycanla münasibətlərdən danışdı

"Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasındakı maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir".

Xezerxeber.az xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin imzalanmasından sonra jurnalistlərə açıqlamasında deyib.

Xezerxeber.az açıqlamanı təqdim edir:

Xəbər lenti