Xəzər Xəbər

Prezident İlham Əliyev iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi VİDEO

Veb TV | 09:44 • 29 Noyabr 2021
Prezident İlham Əliyev iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi

"Görüş çox yaxşı keçdi, yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir".

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin imzalanmasından sonra iranlı jurnalistlərə açıqlamasında deyib.

"Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var",-deyə Prezident bildirib.

Xezerxeber.az Prezident İlham Əliyevin açıqlamasını təqdim edir:

Xəbər lenti