Xəzər Xəbər

Qəhrəman şəhidimiz - Cəmil Məmmədli VİDEO

Veb TV | 21:45 • 28 Noyabr 2021
Qəhrəman şəhidimiz - Cəmil Məmmədli

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda etmiş qəhrəman hərbçilərimizdən biri də Cəmil Məmmədli olub.

Xezerxeber.az-ın məlumatına görə, Cəmil Məmmədli 1999-cu ildə İsmayıllı rayonunda anadan olub.

O, 2016-cı ildə orta məktəbi bitirdikdən sonra universitetə qəbul olub. Ali təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətdə  olduğu dövrdə  44 günlük Vətən müharibəsi başlayıb.

Qəhrəmanımız Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Ötən il oktyabr ayının 14-dən 15-ə keçən gecə qəhrəmancasına şəhid olub.

Qəhrəman şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Saatlıda mağaza yanıb
18:09 • 20 Yanvar 2022