Xəzər Xəbər

Qazın təzyiqi niyə “oynayır”? - "Azəriqaz"dan AÇIQLAMA VİDEO

Veb TV | 20:03 • 21 Noyabr 2021
Qazın təzyiqi niyə “oynayır”? - "Azəriqaz"dan AÇIQLAMA

Bəzi vətəndaşlar evlərinə gələn qazın təzyiqinin gün ərzində bir neçə dəyişdiyini iddia edirlər. Sumqayıtda yaşayan sakinlərdən biri bununla bağlı "XəzərXəbər"in vatsap nömrəsinə video çəkərək göndərib. Görüntülərdə qaz təzyiqinin bir neçə dəqiqə ərzində artıb-azaldığı müşahidə edilir. Bina sakinləri hər an bədbəxt hadisənin baş verə biləcəyindən ehtiyatlanırlar. Bəs görəsən bu vəziyyət nədən qaynaqlanır ? ''Azəriqaz'' məsələyə aydınlıq gətirib.  

Evlərə verilən qazın təzyiqi qəfil artıb-azalır. Görüntülər Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 5/7 saylı binadandır.

Sözügedən binada yaşayan vətəndaşlardan biri bununla bağlı çəkdiyi videonu XəzərXəbərin vatsap nömrəsinə göndərib

Sakinlər vəziyyətdən narahatlıq keçirdiklərini deyirlər. Mənzillərin birində özümüz də müşahidə apardıq.

Məsələyə ''Azəriqaz'' İB-dən münasibət bildirilib. Qeyd olunub ki, əraziyə baxış keçirilib, amma hər hansı bir problem aşkarlanmayıb. 

Bildirilib ki, vətəndaşlar qazın təzyiqi ilə bağlı hansısa müraciətləri olarsa, bu barədə quruma məlumat verməlidirlər. 

 

Xəbər lenti