Xəzər Xəbər

Əvvəlcə elə güman etdilər ki qar yağıb: Həqiqəti biləndə... VİDEO

Veb TV | 12:23 • 11 Noyabr 2021
Əvvəlcə elə güman etdilər ki qar yağıb: Həqiqəti biləndə...

Hindistanda müqəddəs hesab edilən Camna çayının üzərini zəhərli köpük bürüyüb.

Buna səbəb çaya sənaye tullantılarının atılmasıdır. Əhali bu mənzərə qarşısında təəccüblənib. Bəziləri hətta ilk olaraq, çayın qar qalıqlarını sürüklədiyini düşünüb.

Onlar həqiqəti biləndən sonra dini ənənələrini davam etdiriblər. Sakinlər çayda çimərək, dini inanclarını yerinə yetirirlər. Elm adamları bildirib ki, çaydakı zərərli tullantıların miqdarı çoxdur.

Bu isə insan sağlamlığı üçün təhlükə yarada bilər. Yerli sakinlər bu reallığı qəbul etsə də, dini ayinlərini yerinə yetirmək üçün başqa seçimlərinin olmadığını ifadə ediblər./Metbuat.az 

Xəbər lenti