Xəzər Xəbər

Tuneldən düşən beton parçası avtomobilə ziyan vurub - Maşın sahibi zərərin ödənilməsini tələb edir VİDEO

Veb TV | 20:38 • 15 Oktyabr 2021
Tuneldən düşən beton parçası avtomobilə ziyan vurub - Maşın sahibi zərərin ödənilməsini tələb edir

Bakı şəhər sakini maşınla tuneldən keçərkən avtomobilinin üzərinə beton parçası düşüb.

Xezerxeber.az-ın məlumatına görə, belə bir iddianı Aynurə Salmanova özü səsləndirib.

Aynurə Salmanova deyib ki, hadisə oktaybrın 13-ü Ramana qəsəbəsi, Əmir Bağırov küçəsindəki tuneldə baş verib.

Onun sözlərinə görə, avtomobillə oradan keçərkən tunelin üzərində qatar hərəkət edirmiş. Həmin an tüneldən qopan beton hissəciyi maşının damını zədələyib.

Vətəndaşın müraciəti əsasında hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəliblər.

Tunledə müşahidə kamerası olmadığı üçün hadisə ilə bağlı görüntləri əldə etmək mümkün olmayıb. Polis əməkdaşları hadisə yerindən telefonla çəkiliş aparıb və vətəndaşa avtomobilinə dəymiş ziyanı təsdiq edən akt verilib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC- dən bildirildi ki, bununla bağlı məsələ araşdırılacaq və aidiyyəti üzrə tədbir görüləcək.

Aynurə Salmanova avtomobilinə dəymiş ziyanın aidiyyəti qurum tərəfindən ödəniləcəyinə ümid edir. Əks təqdirdə o, hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti