Xəzər Xəbər

Bakıda sürücüdən təhlükəli hərəkət - hələ belə hal olmamışdı VİDEO

Sürücü maşını kapotu açıq idarə edib
Veb TV | 15:11 • 15 Oktyabr 2021
Bakıda sürücüdən təhlükəli hərəkət - hələ belə hal olmamışdı

Bakıda sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq hərəkət iştirakçıları üçün təhlükə yaradıb. 

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Maştaga qəsəbəsi ərazisində qeydə alınıb.

Bununla bağlı görüntü "Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində yayımlanıb. 

Görüntülərdən məlum olur ki, sürücü üzərində dövlət nömrə nişanı olmayan avtomobili kapotu tam açıq şəkildə idarə edir. Aydın görünür ki, kapotun açıq olması qarşı tərəfin görüntüsünü tam məhdudlaşdırıb. Beləliklə, kobud qayda pozuntusuna yol verən sürücü həm öz həyatını təhlükə qarşısında qoyub, həm də yoldakı digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb.

Xezerxeber.az həmin videogörüntünü təqdim edir:

 

Xəbər lenti