Xəzər Xəbər

Türkiyədə FİLM KİMİ OLAY: Qoyun qaçdı, tələbə itdi, helikopter qalxdı VİDEO

Veb TV | 12:48 • 22 İyul 2021
Türkiyədə FİLM KİMİ OLAY: Qoyun qaçdı, tələbə itdi, helikopter qalxdı

Türkiyənin Ankara şəhərində 20 yaşlı tələbə itkin düşüb.

XəzərXəbər Lent.az-a istinadən xəbər verir ki, onun itkin düşməsinə səbəb qurbanlıq qoyunun qaçması olub.

Dünən kəsmək üçün ahurdan çıxarılan qoyun gözlənilmədən dağlıq əraziyə qaçıb. Onu tutmaq üçün arxasından gedən tələbə Onur Eker isə yoxa çıxıb. Onurla əlaqə yarada bilməyən ailə bir neçə saat sonra polisə məlumat verib.

İki gündür itkin düşən tələbənin axtarışı üçün dronlardan, helikopterdən istifadə edilsə də, onu tapmaq mümkün olmayıb.

Hazırda tələbənin axtarışlarına davam edilir.

Xəbər lenti