Xəzər Xəbər

Türkiyənin daha bir UĞURU: Aya pilotsuz raket göndərəcək VİDEO

Veb TV | 11:15 • 20 İyul 2021
Türkiyənin daha bir UĞURU: Aya pilotsuz raket göndərəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fevral ayında elan etdiyi Milli Kosmik Proqramı üzrə işlər davam edir. Layihəyə əsasən, qardaş ölkə 2023-cü ildə Aya sərt eniş reallaşdırmaq niyyətindədir.

Bu haqda məlumatı “Anadolu” agentliyi yayıb.

Mənbə yazır ki, bu məqsədlə istifadə olunacaq “Sonda” raket sisteminin sınaqları uğurla başa çatıb. Raketin hibrid mühərriklə təchiz olunduğu bildirilib.

Həmçinin, qeyd edilib ki, Milli Kosmik Proqrama əsasən, Aya göndəriləcək ilk missiyanın pilotsuz həyata keçirilməsi planlaşdırılıb./Bizim.Media

Xəbər lenti