Xəzər Xəbər

Restoranlarda toylara hazırlıq gedir VİDEO

Veb TV | 20:46 • 24 İyun 2021
Restoranlarda toylara hazırlıq gedir

Restoranlarda sürətli şəkildə toy hazırlıqları gedir.

Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın toylara icazə verilməsi ilə bağlı qərarı açıqlandıqdan sonra restoranlarda hazırlıqlara start verilib. Hazırda görülən işlər əsasən təmizliklə bağlıdır. İşçilərin vaksinasiyası da ön plandadır. 

Təmizlik işləri bitdikdən sonra isə masaların pandemiya qaydalarına uyğun düzülməsinə başlanacaq.

50 nəfərdən artıq insanın iştirak edəcəyi şənliklərdə COVID-19 pasportu tələb olunacağından işçilər bununla bağlı təlimatlanıdırlıb.

Açıq məkanlarda da toy şənlikləri üçün hazırlıqlar gedir.

İnzibatçıların sözlərinə görə, artıq iyul ayının bütün günləri toy şənlikləri üçün tutulub. Hətta avqust üçün sifariş qəbul edənlər də var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar