Xəzər Xəbər

Artıq işə qəbul zamanı bu tələb olunmayacaq - LƏĞV EDİLDİ VİDEO

Veb TV | 21:59 • 20 İyun 2021
Artıq işə qəbul zamanı bu tələb olunmayacaq - LƏĞV EDİLDİ

Sosial sığorta şəhadətnaməsi ləğv olunur. Bəs bu sənəddəki məlumatlar harda əks olunacaq və vətəndaşlar, eləcə də aidiyyatı qurum bu informasiyanı necə əldə edəcək? "XəzərXəbər" məsələni araşdırıb.

Sosial sığorta şəhadətnaməsi ləğv olunur.

DSMF-nin  İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib ki, həmin şəhadətnaməyə dair müddəalar qanunvericilik aktlarından çıxarılıb.

Rəşad Mehdili bildirib ki, elektron bazada sosial sığorta  şəhadətnaməsinin  məlumatları yerləşdirilib. 

Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan "e-sosial" internet portalı  vətəndaşlara əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları istənilən vaxt asanlıqla əldə edə bilmək imkanı verir. 

Xəbər lenti