Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

AVRO-2020 başladı - Türkiyə böyük hesabla məğlub oldu VİDEO

Veb TV | 09:02 • 12 İyun 2021
AVRO-2020 başladı - Türkiyə böyük hesabla məğlub oldu

Avro-2020-yə start verilib.

İlk oyun günü üçün nəzərdə tutulan 1 matç artıq başa çatıb. Turnirin açılış oyununda İtaliya Türkiyə ilə qarşılaşıb. Romadakı “Olimpiko” stadionunda oynanılan görüş İtaliya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Koronavirus pandemiyasına səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 iyunun 11-dən iyulun 11-dək davam edəcək. Sayca 16-cı olacaq Avropa çempionatının oyunlarına 11 şəhər - Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

Avropa çempionatının son qalibi Portuqaliya millisidir.

11 iyun

23:00. Türkiyə - İtaliya - 0:3
Qollar:
 Merih Demiral, 52 - avtoqol (0:1), Çiro İmmobile, 66 (0:2), Lorenzo İnsinye, 78 (0:3)
Roma, "Olimpiko" stadionu
Baş hakim: Denni Makkeli (Niderland)

Xəbər lenti

Çox oxunanlar