Xəzər Xəbər

Şuşada bayram namazı qılınıb VİDEO

Veb TV | 19:26 • 13 May 2021
Şuşada bayram namazı qılınıb

İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra mayın 13-də ilk dəfə Ramazan bayramı namazı qılınıb.

Xezerxeber.az xəbər verir ki, bayram namazı Yuxarı Gövhərağa məscidində Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Ramazan ayında tutulan orucların, qılınan namazların fəzilətlərindən danışan Hacı Şahin Həsənli bildirib ki, ikili standartlarla idarə olunan dünyaya bugünkü Şuşa məscidindəki bayram namazı mühüm bir mesajdir. Azərbaycan xalqı torpaqlarını işğaldan azad etdikdən sonra orada azan səsləndirir, dualar edir.

Bayram namazında şəhidlərimizin ruhuna dualar oxunub, dünyaya,  insanlığa sülh çağırışları edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti