Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Avtomobillərin ehtiyat hissələri niyə ölkəmizdə istehsal olunmur? VİDEO

Veb TV | 324 | 22:52 • 12 May 2021
Avtomobillərin ehtiyat hissələri niyə ölkəmizdə istehsal olunmur?

Son günlər katalizatorların qiymətinin bir neçə dəfə bahalaşması belə  bir  sualı aktuallaşdırır. Avtomobillərin ehtiyyat hissələri ölkəmizdə niyə istehsal olunmur? Maşın üçün lazım olan ən sadə detalı belə  xaricdən alıb ölkəmizə gətiririk. Xaricdən alınan ehtiyyat hissələr həm baha başa gəlir, həm də ki 100 milyonlarla dollar vəsiat  ölkədən çıxarılır. Ekspertlər hesab edir ki, təcrübəli istehsalçıları  Azərbaycana dəvət etməklə bu sahəni inkişaf etdirmək mümkündür.
 
Avtomobillərin sayı ildən-ilə artsa da ehtiyat hissələr hələ də ölkə xaricindən gətirilir.

Son illərin statistik göstəricilərə əsasən nəqliyyat vasitələrinin sayı 1 milyon 400 mini keçib. Lakin hələ də vətəndaşlar  avtomobilin təmiri zamanı başqa ölkələrin məhsullarından istifadə edirlər. Maşın üçün lazım olan ən sadə bir detal belə xaricdən alınır. Bəs görəsən ölkəmizdə bu sahə niyə inkişaf etməyib ? Ekspert Rəşad Həsənov bildirib ki,buna səbəb yerli istehsalın keyfiyyətinə güvənin aşağı olmasıdır.Daxili bazarlar kiçik olduğu üçün investorlar yatırımda maraqlı deyillər. 

Satıcıların sözlərinə görə müştərilərə daha çox Yaponiya, Koreya ,Almaniya və Rusiyadan gətirilən məhsullar təklif  edilir..

Sürücülər isə öz məhsulumuzun istehsal olunmasının tərəfdarıdırlar. Çünki xaricdən alınan ehtiyyat hissələr həm baha başa gəlir,həmdəki hər il 100 milyonlarla dollar vəsiat  ölkədən çıxarılır...

Ekspert onu da bildirib ki bu sahənin təcrübəli istehsalçıları  Azərbaycana gətirilməlidir. Bundan əlavə avtomobil istehsal olunan zavodların yanında  avtomobil hissələrini istehsal edən kiçik müəssisələr yaradılsa bu sahədə irəliləyiş əldə etmək olar.

Xəbər lenti

DİN azarkeşlərə müraciət etdi
18 | 13:52 • 12 İyun 2021

Çox oxunanlar