Xəzər Xəbər

Sürücülərin nəzərinə: Bu yollardan keçməyin! VİDEO

Veb TV | 19:31 • 12 May 2021
Sürücülərin nəzərinə: Bu yollardan keçməyin!

Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları bayram tətilini fürsət bilərək paytaxda bəzi yollarda təmir işləri aparırılar. Söhbət o yollardan gedir ki, həmin yolların bəzi hissələrində asfalt qatı yararsız hala düşmüşdü. 

Qeyri-iş günləri olduğundan təmirə ehtiyacı olan yollarda bərpa işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün təmir-tikinti işlərinə start veriblər. Hazırda təmir işləri aparılan yollardan biri Yasamal rayonunun Mikayıl Müşfiq küçəsidir.

Asfalt qatı vurulduqdan sonra yolda cizgi xətləri çəkiləcək. Sözügedən ərazi ilə yanaşı, cari təmir işləri Yasamal rayonunun Mətbuat prospektində də aparılır.

Bənzər işlər Bakının Üzeyir Hacıbəyov və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində də gedir. Burda da yolun yararsız vəziyyətə düşmüş hissəsi qaşınaraq çıxarılıb və yeni asfalt qatı vurulub.

Qeyd edək ki, təmir aparılan bütün yollarda iş yekunlaşıb və sürücülərin ixtiyarına verilib. 

 

Xəbər lenti