Xəzər Xəbər

Paşinyanın kortejində qəza olub - Xəsarət alanlar var VİDEO

Veb TV | 13:48 • 10 May 2021
Paşinyanın kortejində qəza olub - Xəsarət alanlar var

Yerevanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanı müşayiət edən maşın karvanının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Ermənistan Polisinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərin Vazgen Sarkisyan və Xorenasiya küçələrinin kəsişməsində “Mercedes” və “Nissan” avtomobilləri toqquşub.

Hadisə yerində hüquq-mühafizə orqanının əməkdaşları araşdırma aparır./report

Xəbər lenti