Xəzər Xəbər

Saxta polis ifşa edildi video

Veb TV | 19:34 • 4 May 2021
Saxta polis ifşa edildi

Özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin ''instagram'' sosial şəbəkəsinə müraciət edən qadın özünü sosial şəbəkədə polis kimi təqdim edən şəxslə tanış olduğunu, daha sonra həmin şəxsin ona hədə-qorxu gələrək pul tələb etdiyini bildirib.

Müraciət dərhal nəzarətə götürülüb və həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb. Keçirilən tədbirlər nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elmir Sultanov saxlanıb. 

Araşdırma zamanı saxlanan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkələrdə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb etdiyini etiraf edib. Elmir Sultanovun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış zamanı polis mayoru xüsusi rütbəsi olan paltarlar, polis əməkdaşı görüntüsünü yaratmaq üçün əldə etdiyi suvenir qandal, polis şevronları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. İstintaq zamanı müəyyən edilib ki, Elmir Sultanov bir neçə il əvvəl də eyni əməli törətdiyinə görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb. Soaial şəbəkələrdə Elmir Sultanov tərəfindən hədələnən və ya onun digər qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti