Xəzər Xəbər

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi video

Veb TV | 19:31 • 30 Aprel 2021
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib. Uçot dərəcəsi 6.25 faiz, dəhlizin aşağı həddi 5.75 faiz, yuxarı həddi isə 6.75 faiz səviyyəsində saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, ötən iclasdan bəri risk balansında inflyasiyanı hədəfdən kənarlaşdıra biləcək əhəmiyyətli dəyişikliklər baş verməyib.

Elman Rüstəmov bildirib ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərar iyunun 18-də veriləcək.

Mərkəzi Bankın sədri infilyasiya ilə bağlı proqnozlara da toxunub. O qeyd edib ki, martda infilyasiya proqnozlara uyğun olub. İl ərzində inflyasiyanın səviyyəsi hədəf diapazonunda qalacaq.

Bildirilib ki, Dövlət Neft Fondu bu il valyuta satışını azaldıb və 140 milyon dollara qənaət edib. Konfransda ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı yeni qanun layihələrindən də söz açılıb. Vurğulanıb ki, may ayına qədər müzakirələr yekunlaşacaq və layihələrin razılaşdırılmış variantı aidiyyəti üzrə təqdim ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti