Xəzər Xəbər

Naxçıvanda Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirildi VİDEO

Veb TV | 16:00 • 26 Aprel 2021
Naxçıvanda Daxili Qoşunların taktiki-xüsusi təlimi keçirildi

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının minaatan bölmələri ilə döyüş atışlı taktiki-xüsusi təlim keçirilib.

XəzərXəbər-in xəbərinə görə, minaatan bölmələri “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Ərazinin vizual kəşfi aparıldıqdan sonra atəş mövqelərini tutan bölmələr minaatan qurğularından döyüş atışlarını yerinə yetiriblər.

Yerdəyişmə edərək planlı və plandan kənar hədəfləri məhv edən heyətlər qarşıya qoyulmuş məqsədlərə nail olublar.

 

Xəbər lenti