Xəzər Xəbər

İmtahan suallarını paylaşan abituriyentlərin nəticələri ləğv olunacaq? video

Veb TV | 20:06 • 23 Aprel 2021
İmtahan suallarını paylaşan abituriyentlərin nəticələri ləğv olunacaq?

Ötən buraxılış imtahanında 4 nəfər abituriyentin sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə paylaşması Dövlət İmtahan Mərkəzi tərəfindən qayda pozuntusu kimi qiymətləndirilib.

Qurumdan bildirilib ki, həmin şəxslərlə bağlı araşdırma aparılır və qayda pozuntusuna yol verən abituriyentlərin nəticələri ləğv olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, informasiya texnologiyaları üzrə  mütəxəssis Osman Gündüz bildirib ki, dövlət resursları hesabına formalaşan və istifadə edilən sual kitabçasının paylaşımı və sualların müzakirəsi hüquq pozuntusu sayıla bilməz. Onun sözlərinə görə, əslində, Dövlət İmtahan Mərkəzi sualları özü açıqlayıb dərhal izahatlar verməlidir.

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, qaydalara görə, bəzi tapşırıqların elmi resusları məhdud olduğu üçün sual kitabçalarının sosial şəbəkələrdə paylaşılması yolverilməzdir. Şöbə müdiri vurğuladı ki, həmin abituriyentlərin qadağan olunduğu halda imtahan zalına telefonla daxil olması şübhəsi yarandığı üçün onlarla bağlı araşdırma aparılır. Natiq Əliyevin sözlərinə görə, imtahan iştirakçıları imtahanın sonunda sual kitabçası və cavab vərəqəsini mütləq nəzarətçiyə təqdim etməlidir.

O xəbərdarlıq etdi ki, abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən qoyulmuş bütün qayda və qadağalara riayət etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar