Xəzər Xəbər

Şəhid Eşqin Cəfərzadənin şərəfinə xatirə parkı salınıb video

Veb TV | 20:39 • 20 Aprel 2021
Şəhid Eşqin Cəfərzadənin şərəfinə xatirə parkı salınıb

Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirmiş hərbçilərimizdən bir də Eşqin Cəfərzadə olub.

Xezerxeber.az-ın məlumatına görə, Eşqin Cəfərzadə Lənkəranın Darquba kəndində anadan olub.

Eşqin II Qarabağ müharibəsində öz döyüş yoldaşları ilə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı torpaqlarının azad olunmasında qəhrəmanlıq göstərib.

O, 21 oktyabr tarixində Qubadlının  azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qəhrəmanımız  "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə"  medalları ilə təltif edilib.

Şəhidlik zirvəsinə ucalan Eşqin Cəfərzadənin şərəfinə bu gün doğulduğu Darquba kəndində xatirə parkının açılışı olub. Bu gün həm də qəhrəmanın 24 yaşı onsuz qeyd edilib. Çıxışlardan sonra  şəhidin xatirə barelyefi təqdim olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti