Xəzər Xəbər

Polis gizli toy və yas mərasimlərini necə aşkar edir? VİDEO

Veb TV | 20:00 • 15 Aprel 2021
Polis gizli toy və yas mərasimlərini necə aşkar edir?

Son vaxtlar ölkənin müxtəlif ərazilərdində karantin qaydalarını pozaraq gizli şəkildə toy edib yas mərasimləri təşkil edənlərə tez-tez rast gəlinir. Hətta Daxili İşlər Nazirliyinin əməkdaşları bununla bağlı dəfələrlə reydlər də keçiriblər. Bəs maraqlıdır, görəsən, polis əməkdaşları gizli şəkildə toy edib yas mərasimləri keçirən şəxslərdən anındaca necə xəbər tutur? Daxli işlər nazirliyinin mətbuat xidmətinin rəisi elşad hacıyev bu suala aydınlıq gətirib.

Karantin qaydalarını pozaraq gizli şəkildə toy və yas mərasimləri keçirən şəxslərə xəbərdarlıq! Polis əməkdaşları bu məclislərdən anında xəbər tuturlar.

Bəs polis qaydaları pozan belə şəxslər barədə məlumatı necə əldə edir? Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev ''XəzərXəbər''ə bildirdi ki, karantin qaydalarını pozaraq toy və yas mərasimi keçirənlərlə bağlı qaynar xəttə anonim zənglər daxil olur. Bununla yanaşı, ərazidə xidmət aparan polis əməkdaşları da çevik şəkildə qayda pozuntularının qarşısını alırlar.

Elşad Hacıyevin sözlərinə görə, xüsusilə də son vaxtlar gizli şəkildə keçirilən toy məclislərində iştirak edənlər arasında koronavirusa yoluxan şəxslər də aşkar edilir. Hətta bu şəxslərin digərlərini yoluxdurduqları da məlum olub.

Elşad Hacıyev onu da qeyd etdi ki, karantin qaydalarını pozan şəxslərə hansısa güzəşt olunmayacaq və həmin vətəndaşlar cəzalandırılacaqlar. Onun sözlərinə görə, burada məqsəd hansısa formada vətəndaşları cəzalandırıb inzibati məsuliyyətə cəlb etmək deyil, onların pandemiya qaydalarına riayət etmələrini təmin etməkdir.

Xəbər lenti