Xəzər Xəbər

Yaralı əsgəri xilas etdi, lakin özü şəhid oldu - Kənan Səlimzadə şərəfli döyüş yolu keçib video

Veb TV | 19:31 • 11 Aprel 2021
Yaralı əsgəri xilas etdi, lakin özü şəhid oldu - Kənan Səlimzadə şərəfli döyüş yolu keçib

Vətən müharibəsində canını fəda edən hərbçilərimizdən bir də Kənan Səlimzadə olub.

Xezerxeber.az-ın məlumatına görə, Kənan Səlimzadə  1997-ci il 25 noyabrda İsmayıllıda dünyaya göz açıb.

2014-cü ildə Qubaxəlilli kənd tam orta məktəbini bitirib, Hərbi Tibb Məktəbinə qəbul olub. 2016-cı ildə bu məktəbi bitirərək hərbi sahədə çalışmağa başlayıb. Kənan məsuliyyəti, savadı, intizamlılığına görə dəfələrlə fəxri fərmanla təltif olunub. Vətən müharibəsi başlayanda isə torpaqlarımızın azadlığı ugrunda gedən qızğın döyüşlərdə yer alıb.

Hərbi feldşer olan Kənan Füzulinin azad olunması üçün aparılan döyüşlərin birində yaralı əsgəri xilas edərkən düşmən snayperin gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə ucalıb.

Kənan ölümündən sonra "Vətən uğrunda" medalı ilə tərtif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti