Xəzər Xəbər

Yol polisi bu avtomobilin sürücüsünü axtarır... video

Veb TV | 19:34 • 9 Aprel 2021
Yol polisi bu avtomobilin sürücüsünü axtarır...

Bakıda sürücü sürətin yüksək olduğu yolda avtomobili geriyə sürərək hərəkət etdirib.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntü hadisənin şahidi olan sürücülərdən birinin avtomobilindəki videoqeydiyyat cihazı vasitəsilə çəkilib.

Həmin kobud qayda pozuntusu gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Həmin şəxs magistral yolda avtomobili arxaya sürərək digər yol hərəkət iştrakçılarına təhlükə yaradan sürücünün bu əməlini sosial şəbəkələrdə paylaşaraq ictimailəşdirib.

Həmin sürücü geriyə hərəkət etdiyi üçün öz yolu ilə hərəkət edən sürücüləri avtomobilinin yanan işıqları ilə də narahat edib.

Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşı Araz Əsgərli ''Xəzər Xəbər''ə bildirib ki, istənilən halda sosial şəbəkələrdə yayımlanan videogörüntülər, məlumatlar və fotolar araşdırılır.

Qeyd edək ki, sözügedən videoda avtomobilin dövlət nömrə nişanı aydın görünmədiyindən yol polisi onu ''Təhlükəsiz Şəhər'' kameraları ilə araşdırır. Sürücü aşkar edilən kimi inzibati qaydada məsuliyyətə cəlb olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti