Xəzər Xəbər

Astarada yük maşını aşıb, Abşeronda isə piyada vurulub - hadisələrdə iki nəfər ölüb video

Veb TV | 19:43 • 9 Aprel 2021
Astarada yük maşını aşıb, Abşeronda isə piyada vurulub - hadisələrdə iki nəfər ölüb

Yük maşınının aşması ölümə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə  səhər saatlarında Astara rayonunun  Marzəsəy kəndində baş verib.

Vüqar Aslanov idarə etdiyi  yük  avtomobili ilə Sahil Vəliyevin evinə mişardaşı aparan zaman  enişli-yoxuşlu  yolda nəqliyyat vasitəsi idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin yük yerində mişardaşılarının üstündə oturan 56 yaşlı Sahil Vəliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Abşeronda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb. 21 yaşlı Azər  İsmayılov  yolu keçmək istəyərkən onu  avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Hər iki faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti