Bakı 9 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb VİDEO

Veb TV | 53 | 13:37 • 8 Aprel 2021
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.

 

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,013 | 11:28 • 24 Mart 2021