Xəzər Xəbər

Bakıda fəaliyyət göstərən müəssisədə ölüm hadisəsi baş verib video

Veb TV | 20:15 • 5 Aprel 2021
Bakıda fəaliyyət göstərən müəssisədə ölüm hadisəsi baş verib

Bakıda stasionar qaldırıcı kran vasitəsilə daşınan iri həcmli dəmir parçaları yük avtomobilinin üzərinə düşüb. Nəticədə yük avtomobilinin sürücüsü aldığı xəsarətlərdən elə yerindəcə dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, Baş Prokurorluqdan bildirilib ki, dünən axşam saat 9 radələrində Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən "Baku Steel Company" MMC-nin dəmir qəbulu məntəqəsində 1972-ci il təvəllüdlü Babayev Şahin Qələndər oğlunun idarə etdiyi yük avtomobilinin üzərinə dəmir parçasının düşməsi nəticəsində sürücünün ölməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən dəmir qəbulu məntəqəsində Zeyqəm Mehdiyev tərəfindən idarə edilən stasionar qaldırıcı kran vasitəsilə daşınan iri həcmli dəmir parçaları  əraziyə gəlmiş, cəmiyyətdə xidməti müqavilə əsasında sürücü işləyən Şahin Babayevin idarə etdiyi "Kamaz" markalı yük avtomobilinin üzərinə düşüb. Nəticədə Şahin Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müxtəlif ekspertizalar təyin edilib və digər zəruri tədbirlər yerinə yetirilib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin ''Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda'' maddəsi ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti