Xəzər Xəbər

Etdiyi hərəkət sürücüyə baha başa gəldi video

Veb TV | 19:38 • 3 Aprel 2021
Etdiyi hərəkət sürücüyə baha başa gəldi

Qatı tüstü verən ''petard''ı  avtomobilin altına yerləşdirib yanğın mənzərəsi yaradan sürücü saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər bir neçə gün əvvəl Cəlilabadda ''Tofaş'' markalı avtomobilin sahibi tərəfindən çəkilərək sosial mediada paylaşılıb.

İlk baxışdan vətəndaşın öz avtomobilini niyə yandırması sosial şəbəkə istifadəçilərini düşündürsə də, kadrları diqqətlə izləyənlər bunun əyləncə məqsədi ilə edildiyini aşkar ediblər.

Hətta bu kadrlar paylaşılarkən "Azərbaycanda öz maşınını yandıran sürücülər peyda olub" şəklində başlıq da qoyulub. Polis dərhal məsələni nəzarətə götürüb və müəyyən edib ki, həmin avtomobilin sahibi Cəlilabad rayonu Uzuntəpə kənd sakini 23 yaşlı Həmid Mehdiyevdir. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan sürücü izahatında törətdiyi əməli  etiraf edib və peşmançılıq hissi keçirdiyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti