Xəzər Xəbər

Bu universitetlərin diplomları Azərbaycanda tanınmayacaq VİDEO

Veb TV | 20:57 • 30 Mart 2021
Bu universitetlərin diplomları Azərbaycanda tanınmayacaq

Ölkəmizdə diplomları tanınmayan xarici universitetlərin adları məlum olub. 10 universitetin 851 halda diplomuna imtina verilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament direktoru Nicat Əsədli xarici ali məktəblərin diplomlarının niyə tanınmadığını və mənfi qərarların səbəblərini "Xəzər Xəbər"ə açıqlayıb.

10 xarici universitetin verdiyi diplomların tanınmasına 851 halda imtina verilib. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb. Agentliyin departament direktoru Nicat Əsədli bildirib ki, səbəblər arasında iki göstərici üstünlük təşkil edir. Onlardan biri tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması, digəri isə təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmamasıdır.

Departament direktoru Nicat Əsədli bildirib ki, 2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir. Agentlik rəsmisi vətəndaşları seçim edərkən daha diqqətli olmağa çağırıb.

Diplomlarına imtina verilən universitetlər Ukraynada fəaliyyət göstərən Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, Karazin adına Xarkov Milli Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir. 

Xəbər lenti