Xəzər Xəbər

Bakıda piyada səkisinin üzərində işıq dirəkləri quraşdırıldı - Piyadalar əziyyət çəkir VİDEO

Veb TV | 21:10 • 30 Mart 2021
Bakıda piyada səkisinin üzərində işıq dirəkləri quraşdırıldı  - Piyadalar əziyyət çəkir

Paytaxtın Şəfaət Mehdiyev küçəsində səkilərə quraşdırılan işıq dirəkləri piyadaların yolunu işıqlandırsa da, eyni zamanda onların qarşısında böyük əngələ də çevrilib. Səbəb onsuz da ensiz olan səkidə işıq dirəklərinin düz səkinin ortasında quraşdırılmasıdır. Buna görə səkidə rahat hərəkət edə bilməyən vətəndaşlar məcbur olur ya avtomobil yoluna, ya da ki, qumlu-torpaqlı yola çıxırlar. Bəs kimdir səbəbkar?

Dar səki, işıq dirəyi və ağac... 

Qaranlıqda rahat hərəkət etmək üçün quraşdırılan bu işıq dirəkləri heç də hər yerdə vətəndaşın işini asanlaşdırmır.

Vətəndaşlar deyirlər ki, problem sadəcə işıq dirəkləri ilə bağlı deyil, eyni zamanda səkinin ensiz olması da məsələni çətinləşdirir. 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə səkilərin ensiz olmasının heç də agentliyin fəaliyyəti ilə əlaqəli olmadığını deyir.

Bakı Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, problemin həll olunması istiqamətində işlər aparılır. Səki çox ensiz olduğundan yerləri dəyişdirilməsi mümkün olan işıq dirəkləri üçün artıq xüsusi yerlər də müəyyənləşdirilib.

 

 

 

 

 

Xəbər lenti