Xəzər Xəbər

Peyvənddən sonra virusa yoluxma niyə baş verir? VİDEO

Veb TV | 20:45 • 30 Mart 2021
Peyvənddən sonra virusa yoluxma niyə baş verir?

COVID 19-a yoluxma sayında son günlər artım müşahidə edilir. Maraqlısı budur ki, yoluxanlar arasında vaksini  iki dozada qəbul edənlər var. Həmin şəxslər xəstəliyi yüngül formada keçirsələr də, vaksindən çox keçmədən virusa  yoluxublar.  Bəs 2 doza peyvənd olunan insanın virusa yoluxma səbəbi nədir? Məsələ ilə bağlı bilmədiyimiz və ya bizə qaranlıq qalan bəzi məqamlara toxunacağıq. 

Peyvəndin iki dozasını da qəbul edən vətəndaşlar arasında COVID 19 -a yoluxma halları qeydə alınır.

COVID 19 -un müalicəsi ilə məşğul olan həkimlər son günlərdə artan yoluxma sayına nəzər yetirdikdə vaksin olunanlarda da yoluxmanın müəyyən edildiyini deyirlər. Hazırda bu rəqəm elə çox olmasa da ümumi yoluxma sayında özünü göstərir.

Həkim infeksionist Vüsalə Yaşarın sözlərinə görə, vaksin olunan şəxslərdə yoluxma hallarının qeydə alınmasının bir sıra səbəbləri var. Vətəndaşlar vaksin olunduqdan sonra imunitetin yaranması müddətini gözləmədən sosial məsafə və gigiyena qaydalarını unudurlar. Bununla yanaşı virusun inkubasiya dövründə vaksin olunanlarda da yoluxma qeydə alına bilir.

Həkimin sözlərinə görə, vaksin olunan hər bir şəxs özünü qorumalıdır. Yoluxmanın əsas artma səbəblərindən biri isə gizli keçirilən  mərasimlərdir. Vüsalə Yaşar bildirir ki, kütləvi yoluxma hallarını araşdırarkən məlum olur ki, bir çox hallarda vətəndaşlar gizli keçirilən hər hansısa nişan və ya yas mərisimində yoluxublar. Bayram günlərində olan təmasların yoluxma sayına necə təsir edəcəyi isə yaxın günlərdə bilinəcək.

Xəbər lenti